“ABŞ onlara qarşı güc tətbiq etməyə hazırdır” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ onlara qarşı güc tətbiq etməyə hazırdır” - Tramp

Dünya

21 Oktyabr 2025 00:50 285


ABŞ Prezidenti Donald Tramp əmindir ki, Qəzza zolağında atəşkəs rejiminin pozulması HƏMAS-ın rəhbərliyi tərəfindən sanksiyalaşdırılmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşü zamanı Qəzza zolağındakı vəziyyəti jurnalistlərə şərh edərkən deyib.

"Mən inanmıram ki, bunu HƏMAS-ın rəhbərliyi edib", – ABŞ lideri bildirib. Pepperoni pizza

Eyni zamanda Tramp vurğulayıb ki, əgər vəziyyət gərginləşərsə, ABŞ HƏMAS-a qarşı qətiyyətli güc tətbiq etməyə hazırdır:

"HƏMAS ilə bağlı vəziyyətimiz nisbətən kiçikdir. Əgər onlar özlərini düzəltməsələr, bu, çox tez həll olunacaq".

Qeyd edək ki, İsrail və HƏMAS bundan əvvəl bir-birini atəşkəsi pozmaqda ittiham etmişdi./"Report" 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!