ABŞ ordusu “daha çox qadına” çevrilir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ ordusu “daha çox qadına” çevrilir

Dünya

12 Mart 2021 10:26 708


ABŞ ordusu sıralarında hamilə qadınların xidmət keçməsindən qəzəblənən məşhur televiziya aparıcısı Tuker Karlson Pentaqon rəsmisi ilə mübahisə edib.

Yenisabah.az xəbər verir ki, Karlson “Fox News” telekanalının efirində Pentaqonda hamilə qadınlar üçün xüsusi bir formanın tətbiq olunduğunu söyləyib: “Hamilə qadınlar müharibələrimizdə döyüşəcəklər, bu ABŞ ordusunu ələ salmaqdır”.

Aparıcı əlavə edib ki, Çin ordusu “daha çox kişiyə”, ABŞ ordusu isə "daha çox qadına” çevrilir. Toyuqlu pizza

Pentaqon sözçüsü Con Kirbi aparıcının bu cür şərhi ilə bütün ABŞ ordusunu alçaltdığını söyləyib: “Biz tok-şou aparıcısını və ya Çin hərbi məsləhətini dinləməyəcəyik”.

ABŞ Kosmik Qüvvələrinin nümayəndəsi Skott Stoker də “Twitter” hesabında aparıcının  açıqlamalarını "televiziya dramı" adlandırıb.

"Hamıya xatırlatmaq istəyirəm ki, haqqı olduğu fikri əsgərlikdə keçirdiyi tamamilə sıfır günə söykənir" dedi Stoker. (APA)

Qeyd edək ki, ABŞ ordusunun 16 faizini, zabit korpusunun isə 19 faizini qadınlar təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!