ABŞ ordusu Finlandiyaya daxil oldu - Nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

ABŞ ordusu Finlandiyaya daxil oldu - Nə baş verir?

Dünya

22 Fevral 2025 00:20 1074


Finlandiya Hərbi Dəniz Qüvvələri 40-a yaxın ABŞ dəniz piyadasının ölkəyə daxil olduğunu elan edib.

Yenisabah.az xəbər verir ki, Amerika hərbçiləri Baltik dənizində sualtı infrastrukturun təhlükəsizliyini təmin etmək məqsədilə NATO-nun missiyasında iştirak edəcəklər.

Finlandiya Hərbi Dəniz Qüvvələri bəyan edib ki, ABŞ bölməsi NATO-nun sualtı infrastrukturunu qorumaq məqsədi daşıyan “Baltik Sentinel” missiyasına qoşulacaq. Dördpendirli pizza

Bu səfər Finlandiya və ABŞ arasında 2024-cü il sentyabrın 1-də qüvvəyə minmiş Müdafiə Əməkdaşlıq Sazişi (DCA) çərçivəsində həyata keçirilən ilk tədbirdir.

Yanvarın 14-də Baltikyanı NATO ölkələri kabellərin kəsilməsi insidentlərindən sonra Baltik dənizində patrul xidməti və sualtı kommunikasiyaların mühafizəsi üçün “Baltik Sentinel” missiyasının işə başladığını elan ediblər./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!