ABŞ ordusunda COVID-19 virusundan ilk ölüm faktı qeydə alınıb.
Yenisabah.az xarici mətbuata istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi Pentaqonun məlumatına görə, hərbçi martın 21-də virusla bağlı analiz pozitiv çıxdıqdan sonra xəstəxanaya yerləşdirilib. O, 7 gün sonra ölüb. Ölən əsgər Nyu-Çersidə yerləşən Milli Qvardiyada xidmət edib. Pepperoni pizza
Qeyd edək ki, ABŞ ordusunda 568 hərbçi koronavirusa yoluxub.
Telegram kanalımız