ABŞ Ordusundakı qadınlara dodaqlarını boyamaq izni veriləcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ordusundakı qadınlara dodaqlarını boyamaq izni veriləcək

Dünya

28 Yanvar 2021 07:20 844


ABŞ Quru Qoşunları xidmət edənlərin xarici görünüşünə dair tələbləri dəyişdirəcək.

Bu barədə “The Hill” xəbər yayıb. Bundan sonra ABŞ Ordusundakı qadınlara saçlarını uzun quyruqlarla yığmağa, çox qısa saç kəsimlərinə, sırğa taxmağa, dodaqlarını boyamağa və dırnaq boyasından istifadəyə icazə veriləcək.

Dəyişikliklər əsasən qadın hərbi qulluqçulardan ibarət olan müxtəlif komissiyaların tövsiyələrinə əsaslanır. pizza mizza

“Bərabərlik, inklyuzivlik və müxtəliflik ordunun hazırlığı üçün vacibdir, çünki hər təbəqədən olan əsgərlərimiz var... Biz onları təmsil etməliyik, buna görə ordu siyasətimiz bərabərliyi və əhatəliliyi təşviq etməlidir”, - deyə general-leytenant Qari Brito tələblərin dəyişdirilməsi ilə bağlı münasibət bildirərkən deyib. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!