ABŞ öz casuslarını da Əfqanıstandan çıxarıb - “Foreign Policy“

saytların hazırlanması

Evə çatdırılma

ABŞ öz casuslarını da Əfqanıstandan çıxarıb - “Foreign Policy“

Dünya

04 Sentyabr 2021 09:15 676


Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) casuslarının çoxunu Əfqanıstandan çıxarıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı məlumat yayıb.

ABŞ nəşri kəşfiyyat əməliyyatları ilə tanış olan 2 mənbəyə istinad edib. Toyuqlu pizza

Onların sözlərinə görə, CIA əməkdaşları ailə üzvləri ilə birlikdə Əfqanıstandan çıxarılıb.

Casusların arasında yerli vətəndaşlar da az olmayıb.

Başqa bir mənbə əlavə edib ki, bir hissəsi elit döyüşçülərdən ibarət olan və gizli əməliyyatlar aparan CIA Xüsusi Əməliyyatlar Mərkəzi casusları çıxış prosesində iştirak ediblər.

Ölkəni tərk etmə təkcə Kabil hava limanı deyil, bütün Əfqanıstan sərhədlərindən həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!