ABŞ postsovet məkanında bioloji silah hazırlayır? -   İDDİA

saytların hazırlanması

Evə çatdırılma

ABŞ postsovet məkanında bioloji silah hazırlayır? - İDDİA

Dünya

08 Aprel 2021 10:45 1081


“Rusiya və Çinin sərhədlərində ABŞ-ın bioloji laboratoriyaları fəaliyyət göstərir”.

Yenisabah.az “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“ABŞ-ın nəzarəti altında getdikcə daha çox bioloji laboratoriyanın dünyada sıçrayışla artmasına diqqət yetirin. Qəribə bir təsadüflə onlar, əsasən, Rusiya və Çinin sərhədlərində yerləşir. Onların guya amerikalıların yerli alimlərə təhlükəli xəstəliklərlə mübarizədə kömək edən tədqiqat mərkəzləri olduğunu söylədilər. Həmin obyektlərin yerləşdiyi ölkələrin səlahiyyətliləri laboratoriya divarları arxasında baş verənlər barədə heç bir real fikir sahibi deyillər”, – deyə Patruşev qeyd edib. Toyuqlu pizza

Təhlükəsizlik Şurasının katibi əlavə edib: “Əlbəttə, bizim və Çinli tərəfdaşlarımızın bununla bağlı sualları var. Sərhədlərimizin yaxınlığında dinc sanitariya və epidemioloji stansiyaların olduğu deyilir, amma nədənsə bu laboratoriyalar Merilenddə amerikalıların on illərdir hərbi biologiya sahəsində çalışdığı Detrik bazasını xatırladır. Yeri gəlmişkən, bu bölgələr üçün xarakterik olmayan xəstəliklərin baş verməsinə diqqət yetirilməlidir”.

Nikolay Patruşevin sözlərinə görə, sözügedən laboratoriyalarda bioloji silah hazırlanır. “Bunun məhz belə olduğuna inanmaq üçün əsasımız var. Odur ki, tərəfdaşlarımızla, ilk növbədə, postsovet məkanında işləyəcəyik. Onlarla bioloji təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında müqavilələr bağlayacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!