ABŞ prezidentinin xüsusi elçisi Qəzzaya səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ prezidentinin xüsusi elçisi Qəzzaya səfər edəcək

Dünya

31 İyul 2025 22:56 349


ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff cümə günü humanitar yardımın çatdırılmasını müzakirə etmək üçün Qəzza zolağına səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

"Sabah xüsusi elçi Uitkoff və [ABŞ-ın İsraildəki səfiri Mayk] Hakabi mövcud paylama məntəqələrini yoxlamaq və daha çox ərzaq çatdırmaq üçün plan hazırlamaq, həmçinin yerli sakinlərlə görüşmək üçün Qəzzaya gedəcəklər", - deyə o brifinq zamanı bildirib. pizza hut

K.Livitt qeyd edib ki, Fələstin anklavına səfərdən sonra Uitkoff və Hakabi "bölgədə ərzaq və yardım paylanması üzrə yekun planı təsdiqləmək" üçün dərhal Amerika lideri Donald Trampı məlumatlandıracaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!