ABŞ Rusiya ilə silah ticarətinə qadağa qoydu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Rusiya ilə silah ticarətinə qadağa qoydu

Dünya

18 Mart 2021 01:50 842


ABŞ Rusiyanı silah ixracının və idxalının tam qadağan olunduğu ölkələrin siyahısına daxil edib.

Yenisabah.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında dərc olunan sənədə əsasən, qərar martın 18-dən qüvvəyə minir.

“Birləşmiş Ştatların siyasəti Rusiya üçün nəzərdə tutulan müdafiə məhsullarının və xidmətlərinin ixracına və ya digər icazələrə lisenziya verilməsindən imtinanı nəzərdə tutur”, - deyə sənəddə bildirilir. Sezar pizza

Dövlətlərin kosmos sahəsində əməkdaşlığı çərçivəsində həyata keçiriləcək əməliyyatlar və sentyabrın 1-dək kommersiya kosmik uçuşları istisna təşkil edir.

Sənədə əsasən, Rusiya siyahıda Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Kipr, Konqo Demokratik Respublikası, Eritreya, İraq, Livan, Liviya, Somali, Cənubi Sudan və Zimbabve ilə bir sırada yer alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!