ABŞ rus sərhədçilərin Ermənistandan çıxarılmasına kömək edəcək - XİN

saytların hazırlanması

Evə çatdırılma

ABŞ rus sərhədçilərin Ermənistandan çıxarılmasına kömək edəcək - XİN

Dünya

24 Yanvar 2025 15:08 189


ABŞ-ın Ermənistanın sərhəd imkanlarının möhkəmləndirilməsinə dəstəyi Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılmasına da kömək edəcək.

Yenisabah.az xəbər verir ki, bunu “Azadlıq Radiosu”nun erməni xidmətinə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

“Bu, həmişə üçüncü ölkə tərəfindən edilib, nəhayət, bunu biz etməliyik. İdeal dünyada hər bir ölkə öz sərhədlərinə özü nəzarət etməlidir”, - XİN rəhbərinin müavini qeyd edib. pizza

Xatırladaq ki, Rusiya sərhədçiləri bu il yanvarın 1-dən Ermənistan-İran sərhədindəki nəzarət-buraxılış məntəqələrindən çıxarılıb. Bundan əvvəl onlar İrəvanın “Zvartnots” aeroportunu tərk ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!