ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq etdi

Dünya

24 Noyabr 2020 19:37 1224


ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edib.

Yenisabah.az TASS-a istinadən verdiyi xəbərə görə, ABŞ Rusiyanın “Aviazapçast”, “Elekon” səhmdar şirkətlərinə və “Nilco Group” şirkətinə qarşı sanksiya tətbiq edib.

Vaşinqton bu şirkətlərin İran, Koreya Xalq Demokratik Respublikası və Suriyada kütləvi qırğın silahlarının yayılmamasına dair ABŞ-ın milli qanunvericiliyi pozmaqda günahlandırır. pizza hut

ABŞ Dövlət Departamenti sanksiyaların tətbiqi ilə bağlı müvafiq bildirişi ABŞ hökumətinin rəsmi sənədlərinin dərc olunduğu Federal Reyestrə yerləşdirib.

Bildirişdə qeyd olunub ki, Rusiyanın adı çəkilən şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar noyabrın 6-da qüvvəyə minib. Siyahıda Rusiya şirkətləri ilə yanaşı Çinin iki şirkətinin adı da yer alıb.

Sanksiyaların müddəti iki ildir, lakin ABŞ Dövlət katibinin qərarı ilə bu müddət endirilə və ya sanksiyalar ləğv oluna bilər.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!