ABŞ-Rusiya strateji rəqabətinin qlobal və regional fəsadları

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-Rusiya strateji rəqabətinin qlobal və regional fəsadları

Dünya

13 İyun 2020 10:52 996


ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsi dövlətin müdafiə büdcəsi haqqındakı qanun layihəsində Birləşmiş Ştatların Rusiya və Çinlə strateji rəqabət aparmaq niyyətində olmasının vurğulandığını bildirdi.

Qanun layihəsinin Rusiya ilə bağlı hissəsi postsovet məkanındakı ölkələr üçün maraq doğurmaya bilməz. Belə ki, sənəddə Rusiya ilə uzunmüddətli strateji rəqabət ABŞ-ın əsas müdafiə prioriteti olduğu bəyan olunur. Həmçinin Vaşinqtonun Rusiyanın Avropadakı siyasətinin qarşısını almaq iddiasında olması və Moskva ilə hərbi əməkdaşlığa qadağa qoyması bir daha təsdiqlənir.

Politoloq Elxan Şahinoğlu Yenisabah.az-a ABŞ-Rusiya rəqabətinin Azərbaycana təsirlərindən danışıb. Politoloq deyib ki, rəsmi Bakı açıq deməsə də, Rusiyanın regional siyasətindən narazıdır. Rusiya hakimiyyəti işğalçı Ermənistana dəstək verir, bu ölkəyə yeni modern silahlar göndərir, birgə hərbi birliklər yaradır. Buna baxmayaraq, rəsmi Bakı Tiflis kimi birmənalı şəkildə Amerika ilə müttəfiqliyə çalışmır. Rəsmi Bakı Amerika-Rusiya qarşıdurmasında tərəf tutmaq, seçim etmək istəmir. Rəsmi Bakı həm Rusiya, həm də Amerika ilə tərəfdaş münasibətlərini davam etdirmək istəyir. Ancaq bu siyasəti həyata keçirmək getdikcə çətinləşir. pizza

“Beləliklə, Rusiya Azərbaycanın iştirakçısı olduğu və Amerikanın dəstək verdiyi regional layihələrinin əleyhinə çıxır, bu haqda açıq fikirlər bildirilməsə də, narazılığı ortadadır. Məhz elə bu səbəbdən Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Kreml bu münaqişə vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir etmək imkanına malikdir. Azərbaycanın güclənməsi Kremlin maraqlarına cavab vermir. Ona görə də Kreml Azərbaycanın müstəqil siyasətinə hər zaman təsir etməyə çalışacaq. O biri tərəfdən Amerika-Rusiya gərginliyi Minsk qrupu formatının fəaliyyətini də çətinləşdirir. Onsuz da həmsədrlik institutu münaqişənin həllini sürətləndirə bilmir. Ancaq bundan sonra bu format çərçivəsində Rusiya ilə Amerikanın birgə çalışması, münaqişənin həlli ilə bağlı ortaq prinsipdən çıxış etməsi problematikdir. Məsələ burasındadır ki, Rusiya münaqişənin varlığı və mümkün həlli vasitəsilə Cənubi Qafqazda varlığını qorumaq istəyirsə, bu Amerikanın maraqlarına tərs düşür”, - deyə Elxan Şahinoğlu bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!