ABŞ Rusiyaya qarşı sanksiyaları bir il uzatdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Rusiyaya qarşı sanksiyaları bir il uzatdı

Dünya

12 Aprel 2025 21:14 328


ABŞ Prezidenti Donald Tramp öz sələfi Co Baydenin tətbiq etdiyi Rusiyaya qarşı sanksiya paketini bir il uzatmaq haqqında sərəncam imzalayıb.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrində dərc edilən bildirişdə məlumat verilib.

Söhbət 15 aprel 2021-ci il tarixli 14024 nömrəli sərəncamdan gedir ki, o Bayden administrasiyası tərəfindən dəfələrlə genişləndirilib və müddəti uzadılıb. Dominos pizza

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskva ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaları qanunsuz hesab edir və onların ləğv edilməsini gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!