ABŞ səfirliyi məlumat yaydı:   “Fəaliyyət dayandırılıb”

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfirliyi məlumat yaydı: “Fəaliyyət dayandırılıb”

Siyasət

01 Oktyabr 2025 09:18 985


"Maliyyələşmənin dayandırılması ilə əlaqədar olaraq, "Facebook" sosial media hesabımızda tam fəaliyyət bərpa olunana qədər mütəmadi yenilənmələr aparılmayacaq.  İstisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir".

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. 

Bildirilib ki, hazırda ABŞ-da, eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək.   pizza

"Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır.  Xidmətlərimiz və fəaliyyətimizin cari statusu ilə bağlı ən son məlumatlar üçün travel.state.gov saytına daxil olun", - Birləşmiş Ştatların diplomatik nümayəndəliyinin məlumatında qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!