ABŞ senatı Yunanıstana hərbi yardım qanununu təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ senatı Yunanıstana hərbi yardım qanununu təsdiqlədi

Dünya

24 İyun 2021 00:54 797


ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Yunanıstana hərbi texnika və təlim yardımını nəzərdə tutan qanun layihəsini yekdilliklə təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, “ABŞ-Yunanıstan Müdafiə və Parlamentlərarası Tərəfdaşlıq Qanunu” adlı layihə komitə rəhbəri, demokrat Bob Menendez və komitə üzvü, respublikaçı senator Marko Rubio tərəfindən təqdim edilib.

Sözügedən qanun layihəsi komitədəki bütün senatorların təsdiqini aldıqdan sonra səs verilməsi üçün Senatın Baş Məclisinə göndərilib. pizza mizza

Senat da təsdiq edərsə, qanun layihəsi Nümayəndələr Palatası Baş Məclisinin təsdiqinə və ən nəhayət, ABŞ Prezidenti Co Baydenə təqdim ediləcək.

Qanun layihəsi özündə 2022-2026-cı illər aralığında hər il Yunanıstana 1,8 milyon dollar dəyərində beynəlxalq hərbi təlim dəstəyinin verilməsi və digər güzəştləri ehtiva edir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!