ABŞ Senatınıda Rusiya əleyhinə üç qanun layihəsini təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Senatınıda Rusiya əleyhinə üç qanun layihəsini təsdiqləndi

Dünya

22 Oktyabr 2025 21:46 209


ABŞ Konqresinin Senatındakı Xarici İşlər Komitəsi Rusiyaya qarşı yönəlmiş üç qanun layihəsini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalistlərə senator, Nyu-Hempşir ştatından demokrat Cin Şahin məlumat verib.

Məlumata görə, birinci qanun layihəsi ABŞ-da dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə edilərək Ukraynaya maliyyə yardımı göstərilməsini nəzərdə tutur. Sezar pizza

İkinci sənəd Rusiyanın terrorizmin sponsorları siyahısına daxil edilməsini təklif edir. Hazırda ABŞ Dövlət Departamentinin siyahısında İran, Şimali Koreya, Kuba və Suriya yer alır.

Üçüncü qanun layihəsi isə Çinin guya Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatını” dəstəkləməsi ilə bağlı sanksiyaların tətbiqini nəzərdə tutur./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!