ABŞ senatoru kredit məsələsində İranı dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ senatoru kredit məsələsində İranı dəstəklədi

Dünya

11 Aprel 2020 18:02 945


ABŞ-ın dövlət katibi Maykl Pompeo bəyan etmişdi ki, İranın Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard dollar kredit almasına da imkan verilməyəcək. Bu günə qədər də İranın sorğusu BVF tərəfindən cavabsız qalıb.

Yenisabah.az xəbər verir ki, bu, hətta ABŞ siyasi dairələrində birmənalı qarşılanmayıb.

Məsələn, ABŞ senatoru Diana Faynşteyn bu məsələdə İranı dəstəkləyib. O ABŞ Prezidenti Donald Trampa müraciət edərək bildirib ki, İranda koronavirusun yayılması bölgə ölkələri üçün də təhlükə törədir. Xanım senator prezidentdən humanistlik nümayiş etdirməsini istəyib. Pepperoni pizza

Bundan başqa, Cənubi Koreya Respublikasının İrandakı səfirliyi açıqlama yayaraq bildirib ki, ABŞ İrana humanitar yardım göstərmək üçün rəsmi Seula icazə verib. Koreya İrana 2 milyon dollar dəyərində dərman preparatları və tibbi ləvazimatlardan ibarət yardım göndərməyə hazırlaşır.

İranın Əlborz Tibb Universitetinin rektoru Əli İşaqi deyib ki, xəstəliyə yoluxaraq sağalan adamların qan plazmasından vaksin hazırlanması üzərində iş aparılır. Onun sözlərinə görə, universitet İranın Qan Köçürmə Mərkəzi ilə birlikdə tədqiqatı davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!