ABŞ səsdən daha sürətli raketi sınaqdan keçirdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səsdən daha sürətli raketi sınaqdan keçirdi

Maraqlı

18 May 2022 10:39 1004


ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı səs sürətinin 5 qatına çatan hipersəs silahını sınaqdan keçirdiklərini açıqlayıb.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin B-52H tipli “Stratofortress” təyyarəsi mayın 14-də Cənubi Kaliforniya sahillərində AGM-183A Havadan Atılan Sürətli Cavab Silahını (ARRW) uğurla atıldığını bildirilib.

Sürətləndiricinin silahın təyyarəni tərk etməsindən dərhal sonra işə salındığı və gözlənilən səs sürətindən 5 qat yuxarı qalxaraq hipersəs xüsusiyyəti göstərdiyi vurğulanıb və sınaqdan böyük müvəffəqiyyətlə keçdiyi qeyd edilib. Sözügedən silah Lockheed Martin tərəfindən hazırlanıb və yüksək sürətlə dəqiq hədəfləri vurmaq üçün nəzərdə tutulub. pizza sifarişi

Qeyd edək ki, ABŞ-ın bu sahədə Rusiya və Çindən geri qaldığı bildirilib.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!