ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları verməyə hazırdır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları verməyə hazırdır

Dünya

18 Noyabr 2025 00:59 570


ABŞ beşinci nəsil F-35 qırıcılarının Səudiyyə Ərəbistanına satışını həyata keçirməyə hazırdır.

"Yeni Sabah" xəbər verir ki, bunu Ağ Evdə jurnalistin sualını cavablandırarkən ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“Bəli, bunu deyə bilərəm. Biz bunu edəcəyik. Biz F-35-ləri sata­cağıq,” - o deyib. pizza mizza

ABŞ mətbuatı daha əvvəl yazmışdı ki, Ər-Riyad Vaşinqtonla F-35 qırıcılarının alınması barədə razılaşma əldə etməyə çalışır.

18 noyabrda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman 2018-ci ildən bəri ilk dəfə olaraq Vaşinqtona səfər edəcək./Teleqraf 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!