ABŞ səyyahı: “Azad edilmiş torpaqlardakı dağıntılar məni sarsıtdı”

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səyyahı: “Azad edilmiş torpaqlardakı dağıntılar məni sarsıtdı”

Maraqlı

16 İyun 2022 13:34 938


“Azərbaycan işğal zamanı dağıdılmış bütün əraziləri uğurla bərpa edəcək”.

Bunu “Report”a ABŞ səyyahı Luiza Yu bildirib.

“İki gündür Azərbaycandayam və bu ölkənin gözəlliyinə heyran olmuşam. Buranı çox bəyənirəm. İşğaldan azad edilmiş ərazilərin çox gözəl təbiəti var. Amma burada dağıntıların şahidi oldum. Bu, məni sarsıtdı. Əminəm ki, Azərbaycan bu əraziləri uğurla bərpa edəcək”, - o deyib. Sezar pizza

Xatırladaq ki, bu gün bir qrup tanınmış xarici səyyah Azərbaycanın azad edilmiş ərazilərinə səfərə başlayıb. Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində səfərdə olacaq. Nümayəndə heyəti Xocavənd rayonundakı Azıx mağarasını ziyarətdən sonra Şuşaya yollanacaq. Daha sonra onlar Ağdama, Kəlbəcərə və Laçına gedəcəklər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!