ABŞ təmsilçisi Gürcüstanda - Nədən danışıldı?

saytların hazırlanması

Evə çatdırılma

ABŞ təmsilçisi Gürcüstanda - Nədən danışıldı?

Rəsmi

01 Dekabr 2022 13:20 974


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət Departamentinin baş müşaviri Filip Rikerlə işçi nahar formatında görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə İrakli Qaribaşvili və Filip Riker Gürcüstanın Birləşmiş Ştatlarla strateji tərəfdaşlığının əhəmiyyətindən danışıblar.

Strateji tərəfdaşlığın müsbət dinamikası qeyd edilib ki, bu da iki ölkə arasında əməkdaşlıq çərçivəsində atılan addımlarla bağlıdır. Görüşdə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə tam hazır olduqları bildirilib. Pepperoni pizza

Söhbət zamanı regionda və Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə, Ermənistan-Azərbaycan dialoqunda Gürcüstanın vasitəçilik roluna da toxunulub.

İrakli Qaribaşvili qeyd edib ki, danışıqlar istənilən münaqişənin həlli və irəliləyiş üçün yeganə və vacib yoldur.

Görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!