İrana hücum zamanı ABŞ-yə aid qırıcıların Türkiyənin hava məkanından istifadə etməsinə dair xəbərlər dezinformasiyadır.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatda bildirilib.
"ABŞ-dən havaya qalxaraq, Cəbəllütariq boğazı istiqamətindən daxil olaraq, Aralıq dənizinin cənub hissəsindən İsrailə çatan təyyarələr İraqın üzərindən daxil olaraq İrana zərbələr endirib", – məlumatda bildirilib. pizza mizza
Qeyd edək ki, ötən gün ABŞ İran ərazisindəki nüvə obyektlərinə zərbələr endirib./Axar.az
Telegram kanalımız