ABŞ təyyarəsi 11 kilometr hündürlükdə meteozond ilə toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ təyyarəsi 11 kilometr hündürlükdə meteozond ilə toqquşdu

Dünya

22 Noyabr 2025 22:14 903


"United Airlines" şirkətinə məxsus "Boeing 737 Max" sərnişin təyyarəsi 11 kilometr hündürlükdə meteozond ilə toqquşduqdan sonra Yuta ştatının Solt Leyk Siti şəhərinə təcili eniş edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "New York Post" ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hesabatına istinadən məlumat yayıb.

Qəza 16 oktyabrda baş versə də, araşdırmanın nəticələri yenicə dərc olunub. Toyuqlu pizza

NTSB-nin məlumatına görə, meteozondu Vaşinqton ştatının Spokeyn şəhərindən buraxan "WindBorne Systems" idarəetməni itirdiyini və bunun hadisəyə səbəb ola biləcəyini etiraf edib.

Məlumata görə, zond təyyarənin ön şüşəsini sındırıb və heyət təcili eniş etməyə məcbur olub. Sərnişinlərdən heç biri xəsarət almayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!