Qum fırtınası yol qəzalarına səbəb olub.
Yenisabah.az xəbər verir ki, ABŞ-ın Nyu-Meksiko ştatında müşahidə olunan qum fırtınası görmə məsafəsini sıfıra endirib.
Görünüşün sıfıra endiyi Rosvel şəhərində yol qəzalarının zəncirvari reaksiyası baş verib. Bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb. pizza hut
Meteorologiya xidmətinin xəbərdarlığından sonra bir çox sürücü avtomobillərini tərk edərək fırtınanın keçməsini gözləyib. Fövqəladə Hallar naziri Castin Pauell bölgədəki yolların bağlı olduğunu bildirib və hər kəsi evdə qalmağa çağırıb.
Aytac Şahin
Telegram kanalımız