ABŞ Türkiyədən izahat istəyir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Türkiyədən izahat istəyir

Dünya

24 Oktyabr 2021 10:29 2935


"Biz Türkiyədən səfirlərin qovulması ilə bağlı müvafiq xəbərlərdən xəbərdarıq".

Yenisabah.az xəbər verir ki, bunu bu gün ABŞ Dövlət Departamenti nümayəndəsi bildirib.

O, rəsmi Ankaranın ABŞ və 9 Avropa ölkəsinin səfirini ölkədə qovma qərarını izah etməli olduğunu vurğulayıb: Dominos pizza

"Biz Türkiyədən səfirlərin qovulması ilə bağlı müvafiq xəbərlərdən xəbərdarıq və Türkiyəni bununla bağlı lazımi izahatları verməyə inandırmağa çalışırıq".

"Vaşinqton ABŞ səfiri də daxil olmaqla, 10 ölkənin səfirlərini ölkədən çıxarmaq qərarını Türkiyənin izah etməsini gözləyir", - deyə Dövlət Departamentinin sözçüsü bildirib.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, Fransa, Almaniya, Danimarka, Norveç, Hollandiya, İsveç, Finlandiya, Kanada və Yeni Zelandiyanın səfirlərini "arzuolunmaz şəxs" elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!