ABŞ ÜST-ün Çindən asılılığına son qoymaq istəyir 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ ÜST-ün Çindən asılılığına son qoymaq istəyir 

Dünya

20 May 2020 13:23 965


ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) “Çindən müstəqil olmasını” tələb etməsi Vaşinqtonun siyasətində Pekinin yerinin xeyli artmasını bir daha təsdiq edir.

Yenisabah.az xəbər verir ki, ABŞ ÜST-ü maliyyələşdirməkdən tam imtina edəcəyi ilə hədələyərək həmin təşkilata müvafiq islahatları həyata keçirmək üçün bir ay vaxt verib. Diqqət “ÜST-ün Çindən olan asılılığına son qoyulmasına” yönəlib, çünki amerikalı tərəfin fikrincə, məhz bu asılılıq təşkilatın koronavirus pandemiyası başlanandan lazımi addımların atılmasına imkan verməyib.

Nəzərə almaq lazımdır ki, ÜST Assambleyasının onlayn-sessiyasında çıxış edən Çinin başçısı Si Tzinpin ölkəsinin koronavirusun yayılması məqamında həqiqətləri dünya birliyindən gizlətməsi barədə irəli sürülən ittihamları rədd edib. Vaşinqton və Pekinin fərqli mövqeyi pandemiya dövründəki qlobal rəqabətin ən mühüm əlamətlərindəndir. Mahiyyət baxımından, bu, ABŞ-ın Çini dünya miqyasında özünün ən əsas rəqibi kimi qəbul etməsini, Çinin isə Birləşmiş Ştatların artan təzyiqinə qarşı cavab addımları atmaqda əzmkar olmasını nümayiş etdirir. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!