ABŞ və Britaniya aviaşirkətləri İsrailə uçuşları dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Britaniya aviaşirkətləri İsrailə uçuşları dayandırdı

Dünya

13 May 2021 14:08 995


ABŞ-ın və Britaniyanın hava yolu şirkətləri İsrailə uçuşları dayandırıb.

Yenisabah.az xəbər verir ki, ABŞ-ın "American Airlines", "United Airlines", "Delta Air Lines" və Britaniyanın "British Airways" şirkətləri Təl-Əvivə bütün uçuşları ləğv edib.

"Həmkarlarımızın və müştərilərimizin təhlükəsizliyi hər zaman bizim üçün əsas prioritetdir. Biz vəziyyəti yaxından izləyirik", - deyə "British Airways"in yaydığı açıqlamada bildirilib. Dominos pizza

Britaniyanın "easyJet" hava yolu şirkəti isə bildirib ki, hələlik onlar Təl-Əvivə uçuşları dayandırmır.

"Əlbəttə ki, biz vəziyyəti izləməyə davam edəcəyik", - deyə şirkətin sözçüsü bildirib.

Qeyd edək ki, son günlər İsraillə Fələstin arasında baş vermiş toqquşmalarda indiyədək ümumilikdə 89 nəfər həlak olub, yüzlərlə yaralı var./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!