ABŞ və Kanadada istilərə görə 500-dən artıq insan öldü

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Kanadada istilərə görə 500-dən artıq insan öldü

Dünya

01 İyul 2021 20:59 882


Şimali Amerika qitəsində anomal istilərə görə 500-dən çox insan ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə CBC kanalı xəbər verib.

Məlumata görə, Kanadanın Britaniya Kolumbiyasında son beş gündə azı 486 itki qeydə alınıb. Ölənlərin çoxunun yaşlı olduqları və tək yaşadıqları vurğulanıb. Marqarita pizza

Təcili yardım və səhiyyə sistemi bu qədər ölüm üçün hazır olmadıqlarından hərəkətləri sürətləndirmək və koordinasiya etmək bir az vaxt alıb.

Meteoroloqların bildirdiyinə görə, Kanadanın Litton şəhərində havanın temperaturu 49,5 dərəcəyə qədər yüksəlib. Bu, 80 ildə ilk belə temperaturdur: sonuncu dəfə 1941-ci ildə 44,4 dərəcə temperatur qeydə alınıb.

Kanadanın bəzi bölgələrində 40-45 dərəcə isti həftənin sonuna qədər davam edəcək.

ABŞ-ın Oregon ştatında azı 63 nəfər isti havanın qurbanı olub.

Maltnom dairəsində isə 45 adam vəfat edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!