ABŞ və Rumıniya arasında viza rejimi ləğv edilir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Rumıniya arasında viza rejimi ləğv edilir

Dünya

08 Yanvar 2025 23:54 565


Rumıniya vətəndaşları mart ayından etibarən ABŞ ərazisinə vizasız daxil ola biləcəklər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Agerpres” agentliyinə Rumıniyanın xarici işlər naziri Emil Hurezanu məlumat verib.

Nazir bildirib ki, ölkə vətəndaşları yalnız ESTA - Səyahət Avtorizasiyası üçün Elektron Sistem platforması vasitəsilə ABŞ qurumlarını səfərləri barədə xəbərdar etməli olacaq. Toyuqlu pizza

İndiyədək ABŞ-yə səfər etmək istəyən rumınlar Amerika konsulluğunda müsahibədən keçməli və viza xərclərini ödəməli idilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!