"ABŞ və Rusiya 25 ildir Qarabağ münaqişəsini həll edə bilmir" - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

"ABŞ və Rusiya 25 ildir Qarabağ münaqişəsini həll edə bilmir" - Ərdoğan

Siyasət

26 Fevral 2020 16:20 476


"Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşmalı, bölgəyə sülh və sabitlik gətirilməlidir". "Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Ankara dönüşü təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib. "Minsk prosesi 25 ildir ki, baş qatmaqla davam edir. Bu cür baş qatmaq metodu ilə nə Rusiya, nə də ABŞ bu məsələni həll edə bilib. Həmçinin ikili görüşmələr də heç bir nəticə vermir", - deyə Ərdoğan əlavə edib. Qeyd edək ki, fevralın 25-də Azərbaycana rəsmi səfər edən Rəcəb Tayyib Ərdoğan axşam saatlarında ölkəsinə qayıdıb. /Qafqazinfo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!