ABŞ-Venesuela qarşıdurması: Maduro tab gətirə biləcəkmi?

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-Venesuela qarşıdurması: Maduro tab gətirə biləcəkmi?

Dünya

17 Dekabr 2025 13:03 383


ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı siyasətini sərtləşdirərək, sanksiya tətbiq olunan bütün neft tankerlərinə Venesuelaya giriş-çıxışın blokadaya alınması barədə göstəriş verib.

"Yeni Sabah" xəbər verir ki, Tramp bu məlumatı “Truth Social” platformasında paylaşaraq Venesuela lideri Nikolas Maduronun hökumətini “xarici terror təşkilatı” kimi səciyyələndirib.

ABŞ administrasiyası Venesuela hakimiyyətini terrorizm, narkotik qaçaqmalçılığı və insan alverində ittiham edir. Bundan əvvəl Qəraib dənizində sanksiyaları pozduğu iddia edilən bir neft tankerini ABŞ gəmiləri saxlayıb. Hazırda ABŞ hərbi donanması bölgədə genişmiqyaslı mövcudluq nümayiş etdirir, bu da hərbi-siyasi gərginliyi artırıb. pizza mizza

Tramp Maduronun tutulması üçün təyin edilmiş mükafatı ikiqat artırıb. Venesuela isə ABŞ-ni ölkənin təbii sərvətlərini ələ keçirməyə çalışmaqda ittiham edir və Vaşinqtonun hərəkətlərini “beynəlxalq quldurluq” adlandırıb. Hüquqşünaslar ABŞ-nin Qərib dənizindəki əməliyyatlarının beynəlxalq hüquq baxımından mübahisəli olduğunu vurğulayırlar.

Venesuela dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik ölkələrdən biri olsa da, texniki və maliyyə problemləri ucbatından bu potensialdan tam istifadə edə bilmir. Hazırda ölkə gündə təxminən 900 min barel neft ixrac edir və əsas alıcısı Çindir.

Tramp və Maduro noyabrın 21-də telefonla danışmışdılar. ABŞ Prezidenti Maduroya ailəsi ilə birlikdə Venesuelanı tərk etməsi üçün bir həftə möhlət verib, lakin Maduro təklifi qəbul etməyib. Möhlətin bitməsindən bir gün sonra Tramp Venesuela ətrafındakı hava sahəsini bağlayıb.

Ekspertlər qeyd edir ki, ABŞ-nin Venesuelaya qarşı siyasəti təkcə iqtisadi və diplomatik təzyiqdən ibarət deyil, o həm də hövzədəki hərbi üstünlüyü nümayiş etdirərək gərginliyi artırır. Tramp administrasiyasının əsas hədəfi Maduro hakimiyyətini daxildən zəiflətmək, ölkənin neft gəlirlərini məhdudlaşdırmaq və regional təsir imkanlarını zəiflətməkdir.

İlhamə Qasımlı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!