Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər LƏĞV EDİLİR

saytların hazırlanması

Evə çatdırılma

Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər LƏĞV EDİLİR

Sosial

07 Avqust 2025 19:12 351


Təmir işləri ilə əlaqədar Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.

Bakı-Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 8 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir. Pepperoni pizza

Belə ki, saat 07:20-də Bakı-Xırdalan-Sumqayıt, 08:10-da Bakı-Xırdalan, 08:40-da Xırdalan-Bakı qatarı, saat 06:25-də Bakı-Pirşağı-Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt-Xırdalan-Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı-Xırdalan, 18:10-da Bakı-Xırdalan-Sumqayıt (ekspres), saat 17:50-də Sumqayıt-Xırdalan-Bakı, 18:20-də Xırdalan-Bakı, 19:27-də Sumqayıt-Xırdalan-Bakı, 19:02-də Sumqayıt-Pirşağı-Bakı (ekspres) reysləri ləğv edilir.

Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.

Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!