Abşeron sakininin evindən “Kalaşnikov” tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Abşeron sakininin evindən “Kalaşnikov” tapıldı

Kriminal

24 May 2021 14:30 859


Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron rayon sakini olan əvvəllər dəfələrlə məhkum olunmuş Güləhməd Məcidovun yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. pizza hut

Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Güləhməd Məcidov ifadəsində silah-sursatı bir müddət əvvəl tapdığını amma buna baxmayaraq polis əməkdaşlarına təhvil verməyərək yaşadığı evdə gizlətdiyini bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!