Abşeron sakininin evindən marixuana götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Abşeron sakininin evindən marixuana götürüldü

Kriminal

03 Yanvar 2021 17:02 786


Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə,  əməliyyat zamanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Şahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan  8 qrama yaxın marixuana, evinə baxış zamanı isə oradan da əlavə olaraq 25 kiloqramdan artıq  marixuana aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!