Abşeron sakininin həyətində 97 ədəd çətənə kolu aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Abşeron sakininin həyətində 97 ədəd çətənə kolu aşkarlandı

Kriminal

21 İyul 2022 14:25 957


Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. 

Bu barədə Yenisabaha.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı Ariz Kərimovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi çəkisi 93 kiloqram olan 97 ədəd çətənə kolu aşkar edilib. pizza mizza

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!