Abşeronda ağır qəza - 2 nəfər öldü, 5 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda ağır qəza - 2 nəfər öldü, 5 nəfər yaralandı

Kriminal

17 İyul 2020 14:35 883


Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbvər verir ki, hadisə iyulun 16-da saat 23 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

Hökməli qəsəbə sakini K.İbadovun idarə etdiyi “VAZ-21099” və Bakı şəhər sakini Elxan Sadıqovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. pizza hut

Nəticədə E.Sadıqov və K.İbadovun sərnişini - anası Şahzadə hadisə yerində ölüb,  E.Sadıqovun 4 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!