Abşeronda ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - Foto

Kriminal

02 Mart 2021 20:49 861


Abşeronda bir müddət əvvəl ahıl qadının təqaüdünü oğurlayan şəxslər saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Abşeron rayon Polis İdarəsinə daxil olan məlumat əsasında Saray qəsəbəsi ərazisində vətəndaş Xatirə Zamanovaya qarşı soyğunçuluq edən 24 yaşlı Rahim Səlimzadə və 19 yaşlı Turqut Əliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq Saray qəsəbəsində yaşlı qadının bankomatdan təqaüdünü guya çıxarmasına köməklik etmək məqsədi ilə çirkin əməllərini həyata keçiriblər. Turqut Əliyev kartda olan 400 manat pulu çıxardıqdan sonra yaxınlıqda onu avtomobillə gözləyən Rahim Səlimzadə ilə birgə oradan qaçıblar. Rayon Polis İdarəsi əməkdaşları çox keçmədən onların izinə düşərək saxlamağa müvəffəq olub. İstintaq zamanı oda məlum olub ki, 24 yaşlı Rahim Səlimzadə eyni üsulla Abşeron rayonun digər ərazilərində də cinayət əməlləri törədib. Dominos pizza

Qeyd edək ki, saxlanılan şəxslər yeznə və qayındır.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!