Abşeronda ailəsi ilə mübahisə edən sərxoş kişi evi yandırdı

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda ailəsi ilə mübahisə edən sərxoş kişi evi yandırdı

Hadisə

17 Avqust 2023 21:52 626


Abşeronda kişi yaşadığı evdə yanğın törədib.

Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Xırdalan şəhərində baş verib. 52 yaşlı şəhər sakini Ş.Məmmədov ilə ailə üzvləri arasında mübahisə yaranıb. Bu zaman sərxoş vəziyyətdə olan Ş.Məmmədov içində benzin olan plastik çəlləyi həyətdən evə gətirib və dəhlizə tökərək yandırıb.

Nəticədə özü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xanımı S.Məmmədova isə tüstüdən zəhərlənib. Hər iki şəxs qeyd olunan diaqnozlarla xəstəxanaya yerləşdiriliblər. pizza hut

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!