Abşeronda başından güllə yarası alan yeniyetmə xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda başından güllə yarası alan yeniyetmə xəstəxanada öldü

Kriminal

16 Aprel 2021 02:02 1053


Aprelin 8-nə keçən gecə Abşeron rayonunda başından güllələnən 2005-ci il təvəllüdlü Nicat Nəbiyev bu gün xəstəxanada keçinib.

Yenisabah.az xəbər verir ki, Məhəmmədi kəndində qeydə alınmış hadisə zamanı N.Nəbiyev ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət almışdı.

Qeyd edək ki, N.Nəbiyev qonşuluqda olan əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb. Başından ağır xəsarət alan N.Nəbiyev xəstəxanaya yerləşdirilmişdi. Ancaq həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb./APA Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!