Abşeronda bir aydır itkin düşən qadın axtarılır

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda bir aydır itkin düşən qadın axtarılır

Hadisə

09 Yanvar 2025 21:36 484


Abşeronda 36 yaşlı qadın 1 aydır itkin düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya həmin şəxsin anası Tacirə Kərimova məlumat verib.

Bildirilib ki,1989-cu il təvəllüdlü qızı Günay Əşrəfova dekabrın 12-də günorta saatlarında heç kimə xəbər vermədən evdən gedib və bir daha geri qayıtmayıb. Pepperoni pizza

Tacirə Kərimova, həmçinin bildirib ki, qızının psixoloji narahatlığı var.

Faktla bağlı polisə məlumat verilib.

İtkin düşən şəxsi görənlərdən 055-713-37-46 nömrəsi ilə əlaqə saxlanılması və ya polisə məlumat vermələri xahiş edilir.

Günay Əşrəfovanın bir azyaşlı övladının olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!