Abşeronda DƏHŞƏT: Ata qızını qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda DƏHŞƏT: Ata qızını qətlə yetirdi

Kriminal

03 İyun 2022 13:35 1192


Abşeronda ata qızını qətlə yetirib. 

Bu barədə "Yeni Sabah"a rayon prokurorluğundan məlumata verilib.

Bildirilib ki, iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza sifarişi

Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!