Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 33 yaşlı atanı və onun 6 və 7 yaşlı oğlanlarını avtomobil vurub. Qəza zamanı hər 3 şəxs ağır xəsarət alıb. pizza
Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız