Abşeronda fəhlə torpaq uçqununun altında qaldı

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda fəhlə torpaq uçqununun altında qaldı

Hadisə

08 Aprel 2021 10:51 780


Aprelin 4-də saat 17 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı fabriki olan “Rəmzi S” MMC-də fəhlə işləyən Usubov Adəm Famil oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Abşeron prokurorluğundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. pizza sifarişi

İlkin istintaqla Adəm Usubov  qeyd edilən fabrikdə müəyyən işlər görərkən ətrafa yığılmış torpaq yığınının üzərinə tökülməsi nəticəsində hadisə yerində ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!