Abşeronda “Kalaşnikov” və narkotik satan şəxslər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda “Kalaşnikov” və narkotik satan şəxslər tutuldu

Kriminal

08 Yanvar 2022 13:43 738


Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb. 

DİN-dən Yenisabah.az-a verilən məlumata görə, bölməyə əvvəllər məhkum olunmuş Mais İsmayılovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Mais İsmayılov odlu silah-sursatı 2 ay əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə evində gizlətdiyini bildirib.

Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat zamanı Qobu qəsəbəsi sakini Elvin Hacıəliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 85 qram heroin və 20 qram metamfetamin aşkar edilərək götürülüb. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkə vətəndaşından əldə etdiyi bildirib. O, Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Toyuqlu pizza

Hər iki faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!