Abşeronda kütləvi davada 6 nəfər bıçaqlandı, ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda kütləvi davada 6 nəfər bıçaqlandı, ölənlər var

Kriminal

26 İyul 2020 09:13 1075


Abşeronda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava olub.

Hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. 

Dava zamanı 6 nəfər – 1980-ci il təvəllüdlü Məmmədov Xəlil Zahid oğlu və qardaşı, 1975-ci il təvəllüdlü Məmmədov Məmməd Zahid oğlu, 1979-cu il təvəllüdlü Mövsümov Yaşar Mövsüm oğlu, 1987-ci il təvəllüdlü Həsən Cabbarov, 1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıblar. pizza mizza

Dava zamanı ağır xəsarət almış 2 nəfər – H.Cabbarov hadisə yerində, M.Məmmədov isə xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. /Report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!