Abşeronda narkotacir silahla saxlanıldı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda narkotacir silahla saxlanıldı - Video

Kriminal

10 Yanvar 2022 16:30 967


Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Masazır qəsəbəsində yaşayan Sərdar Talıbov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd Naqan tipli tapança, 2 ədəd patron və narkotik maddə olan marixuana aşkar olunub.

Yenisabah.az xəbəbr verir ki, araşdırma zamanı bu şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər məhkum edildiyi məlum olub.

Faktla bağlı bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Marqarita pizza

Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!