Abşeronda taxta tikilidə yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda taxta tikilidə yanğın oldu

Hadisə

25 Yanvar 2024 00:34 736


Fövqəladə Hallar Nazirliyindən (FHN) Abşeronda yerləşən taxta tikilidə baş verən yanğınla bağlı açıqlama verilib.

Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Saray yolu adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. pizza mizza

Yanğın nəticəsində ümumi sahəsi 30 kvadratmetr olan konteyner tipli taxta konstruksiyadan ibarət tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!