Abşeronda velosiped oğrurlayan tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda velosiped oğrurlayan tutuldu

Kriminal

18 İyun 2020 10:09 839


Abşeron rayonu Qobu qəsəbəsində ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxs saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qəsəbə sakini Cavid Mirzəyev tutulub.  Dördpendirli pizza

Araşdırma zamanı onun evlərin girişlərində və yardımçı otaqlarında saxlanılan 10-a yaxın velosiped oğurladığı məlum olub. Cavid Mirzəyev oğurladığı velosipedləri isə paytaxt ərazisində dəyər-dəyməzinə satıb. Polis əməkdaşları tərəfindən onun qəsəbə yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən bir neçəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. Cavid Mirzəyev ifadəsində həmçinin paytaxtda “Şamaxinka” adlanan ərazidən bir ədəd motosiklet oğurladığını bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!