Abşeronda yaşayış binasında yanğın:   Sakinlər təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Hadisə

29 Noyabr 2020 18:55 1487


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Yenisabah.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın şaxtasında elektrik naqilləri və sayğaclar yanıb. 17 nəfər bina sakini (o cümlədən 7 azyaşlı) təhlükəsiz əraziyə çıxarılıb. Yanğın söndürülüb. Sezar pizza

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!