Abşeronda yeniyetmə başından güllələndi

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda yeniyetmə başından güllələndi

Hadisə

08 Aprel 2021 01:40 788


Abşeron rayonunda ov tüfəngindən açılan atəş nəticəsində bir nəfər ağır xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə Məhəmmədi kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü Nicat Nəbiyev qonşuluqda olan əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb. Başından ağır xəsarət alan N.Nəbiyev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Sezar pizza

Qeyd edək ki, hadisənin qəsdən törədilmədiyi bildirilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!